az   en   ru
Katushka Lighting Stairs Paving grey Lawn Park Blocks Paving white Walkway Paving black Paving red with shadow Paving white black Paving red Lawn stone

Arakəsmə


Divar blokları iri tikinti şirkəti və həmçinin ev, qaraj tikmək və ya bəzəmək istəyən fərdi istehlakçılar tərəfindən getdikcə daha çox istifadə olunan materialdır.  

Vibropreslənmiş beton məhsulların tərkibi iri qum, ələnti və birinci sinif sementdən ibarətdir. Yüksək davamlılığa malik beton bloklar daxili boşluqara malikdirlər ki, bunlar da çəkini azaldır və effektiv istilik izolyasiyanı təmin edir. Kubik daşla müqayisədə aşağı qiymət məhsulun vacib üstünlüyünü təşkil edir. Eyni zamanda, vibropreslənmiş tikinti blokları kərpicdən də xeyli ucuzdurlar və funksional cəhətdən onu təmamilə əvəz edirlər.    

Biz iki növ blok təklif edirik: tikinti, yəni kərpici əvəz edən, və dekorativ bloklar. Öz funksional keyfiyyətlərinə görə tikinti bloklarından geridə qalmayan dekorativ bloklar həm də üzlənmə üçün müvəffəqiyyətlə istifadə olunurlar.

Tikinti bloklarını istehsal edərkən şirkətimiz yarı-quru vibropresləmə üsulunu istifadə edir. Bununla yanaşı, çınqıl və sement titrəyən formalar köməyi ilə möhkəm preslənilir. Şirkətimiz tərəfindən təqdim olunan beton məhsullarının çoxsaylı saxta mallardan fərqi onların istehsal zamanı məhz resepturaya və istehsal texnologiyasına dəqiqliklə riayət etməkdən ibarətdir.

Şirkətimiz istehsal etdiyi məhsulun uzun ömürlüyünə zəmanət verir. Vibropreslənmiş beton blokların istifadəsi olduqca sadə və rahatdır. Bu bloklar temperatur dəyişikliklər, yağıntılar və günəş şüalarının təsirinə davamlıdırlar. Tikinti materiallarının müasir istehsal texnologiyalarının üstünlüyünü qiymətləndirin.

Qabaritinə görə beton blok adi kərpicdən böyükdür: 190х190х390 mm ölçülərinə malik bir blok 5 standart biryarımlıq kərpici əvəz edir. Beton blok kifayət qədər yüngüldür  – 16 kq (5 kərpicin çəkisi təxminən 20-30 kq-dır: 20–keramika, 30-silikat) və boşluqların olmasına baxmayaraq çox möhkəmdir. Çəki və istilikkeçirmə xassəsinin azaldılması üçün bloklarda daxili boşluqlar var.


Arakəsmə (dar)

 

Ölçüləri,

mm

 

Ədədin çəkisi,

kq

Yükün həcmi və çəkisi

Məhsulun əsas texniki göstəriciləri

Paletdə

ədədlərin

sayı

Sayı,

m3

Paletin ölçüləri,

mm

Paletin

 çəkisi,

kq

Betonun

markası

Soyuğa

dözümlülüyü

100x190x390

11

150

125

1200x1000

1650

M50 – M300

F30

 

Arakəsmə (enli)

  

Ölçüləri,

mm

  

Ədədin çəkisi,

kq

 Yükün həcmi və çəkisi

Məhsulun əsas texniki göstəriciləri

Paletdə

ədədlərin

sayı

 Sayı, 

m3

Paletin ölçüləri,

mm

Paletin

çəkisi,

kq

 Betonun

 markası

Soyuğa

dözümlülüyü

190x190x390

16

75

62,5

1200x800

1200

M50 – M300

F30