az   en   ru
Katushka Lighting Stairs Paving grey Lawn Park Blocks Paving white Walkway Paving black Paving red with shadow Paving white black Paving red Lawn stone

Qazon daşı


Məişətda geniş istifadəsini tapan betondan hazırlanan qazon şəbəkələr (beton şəbəkələr) ərazinin abadlaşdırılmasında istifadə olunan prinsipal yeni bir elementlərdir. Bu məhsul magistrala çıxan yollarda, piyada zonası və dayanacaqlarda, dayanacaq zonalarında və hətta qolf sahələrində istifadə olunur.    

Qazon şəbəkələri yamac və yolun kənarlarını eroziyadan qoruyur, onları möhkəmləndirir və torpağı sabitləşdirir. Bununla belə, şəbəkə rütubətin normal dövrü üçün imkan yaradaraq torpağın qurumasının qarşısını alır.

Materialın şanşəkilli modul quruluşu montaj işlərin və daşınmanın asanlılığını və avadanlığın davamlılığını təmin edir. Bununla yanaşı, şəbəkələnmiş qazonların səthi tamamilə yaşıllıqla örtülür. Şəbəkələrin yükə davamlılığı da yüksəkdir. Vibropresin sayəsində istehsal olunan və betondan hazırlanan qazon şəbəkələrin digər materiallardan hazırlanan analoji məhsullarla müqayisədə bir sıra nəzərəçarpan üstünlükləri var.  

Yüksək çəki və davamlılığı sayəsində betondan hazırlanan qazon şəbəkələr mürəkkəb, boş torpaqlarda, maili relyefli və ya çökən torpaq sahələrində istifadə olunurlar.

Yüksək keçirmə qabiliyyətinə malik olan yerlərdə isə bu məhsul əvəzolunmazdır. Misal üçün, avtomobil dayanacaqların və ya ağır yük maşınların işlədiyi sahələrin qurulmasında beton şəbəkələr əvəzsizdir. Bundan başqa, betondan hazırlanan qazon şəbəkələrin quraşdırılması üçün torpaq hazırlanması və bərkitmə işləri tələb olunmur. Beton şəbəkə torpağı - nəmliyin artıqlığından və qurumadan, piyada və avtomobil şinlərini – batıb qalmaqdan qoruyur. O, hər bir sahə (yaşayış evi qarşısında olan sahə, avtomobil dayanacağı, gəzinti meydançası və s.) üçün möhkəm hasar və dayaqdır. 


 

 Ölçüləri,

mm

 

Ədədin

çəkisi,

kq

 

1 m2-da sayı

Yükün həcmi və çəkisi

Məhsulun əsas texniki göstəriciləri

Paletdə

ədədlərin

sayı

Sayı,

m2

Paletin

ölçüləri, 

mm

Paletin

çəkisi,

kq

Betonun

markası

Soyuğa

dözümlülüyü

598x398x80

25

4,16

48

6

1200x800

1200

M300

F200